Zəlzələ AZAL-ın uçuşlarının müntəzəmliyinə təsir etməyib

Zəlzələ AZAL-ın uçuşlarının müntəzəmliyinə təsir etməyib
 

Azərbaycan Hava Yolları Bakı yaxınlığında baş vermiş zəlzələyə baxmayaraq, uçuşları cədvələ uyğun həyata keçirməyə davam edir.

 “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib. 

Bütün uçuşlar sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etməklə ştat rejimdə yerinə yetirilir.

Qeyd edək ki, Azərbaycanda baş vermiş 5.6 bal gücündə zəlzələnin ocağı Xəzər dənizində, 68 km dərinlikdə qeydə alınıb.

 

0.029092788696289