Vətəndaşlar maaş və təqaüdlə bağlı seçimi özü edəcək - YENİLİK

Vətəndaşlar maaş və təqaüdlə bağlı seçimi özü edəcək - YENİLİK
 

Gələn ildən Azərbaycan vətəndaşları əməkhaqqı və təqaüdlərini istənilən bankdan ala biləcək.

Paralel.az-ın əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bununla bağlı tapşırıq verib.

Bildirilir ki, vətəndaşlara seçim imkanının verilməsi üçün texniki hazırlıqlar aparılır. Texniki məsələlərin həllinin gələn ilin əvvəlində bitəcəyi gözlənilir. 

Buna səbəb isə bank sistemində rəqabətli mühitin genişləndirilməsi, bir neçə sistem qurucu banklardan başqa digər bankların inkişafına yardım üçün şəraitin yaradılmasıdır.

Könül
Ölkə.Az

 

0.017899990081787