Bakıdakı zəlzələ anı televiziyanın canlı efirində - VİDEO

Bakıdakı zəlzələ anı televiziyanın canlı efirində - VİDEO
 

Azərbaycanda hiss olunan zəlzələ anı ARB televiziyasının canlı yayımında nümayiş olunub.

İqtisadiyyat.az-ın xəbərinə görə, zəlzələ anı aparıcılar Rahil Sayadoğlu və Sevda Rəsulqızının təqdimatında yayımlanan "Günə doğru" verilişində öz əksini tapıb.

Aparıcılar peşəkarlıq nümayiş etdirərək tamaşaçılara baş vermiş zəlzələ ilə bağlı ilkin informasiyanı çatdırıb və verilişi davam etdiriblər.

Qeyd edək ki, bu gün yerli vaxtla 08:15-də Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkan 68 km dərinlikdə, 5,6 maqnitudalı olub. Zəlzələ 5-3 bala qədər hiss olunub. Xəzərdəki zəlzələ Bakı ilə yanaşı daha 8 rayonda hiss edilib. Hazırda afterşoklar davam edir. 

 

0.015104055404663