Hollivud aktyorundan şok sözlər: "15 ilim qalıb..."

Hollivud aktyorundan şok sözlər:
 

Hollivudun ən məhsuldar aktyorlarından biri olan Nikolas Keyc təqaüdə çıxmağa hazırlaşır.

Musavat.com teleqraf.com-a istinadən bildirir ki, tezliklə 60 yaşını qeyd edəcək aktyor "Vanity Fair"ə müsahibəsində daha filmlərdə rol təkliflərindən imtina etdiyini deyib.

"Hardasa üç, yaxud dörd film qalıb. Mənə elə gəlir ki, kinoda deməli olduqlarımı dedim. Düşünürəm ki, mümkün olan hər şeyi etdim. Bu zirvədə də aktyorluqla vidalaşmaq istəyirəm", - deyə məşhur sənətçi karyerasını başa vurmasını şərh edib.

Keyc əlavə edib ki, atası 75 yaşında vəfat edib və hesablamalarına görə onun cəmi 15 ili qalıb: "Mən bu 15 ili necə istifadə etmək istəyirəm? Düşündüm və ailəmlə vaxt keçirmək istədiyimi çox aydın hiss etdim. Bu planı gerçəkləşdirməyə başlayıram."

 

0.014358997344971