Qlobal təhsil reytinqlərində niyə aşağı yerlərdəyik? ETN nə düşünür?

Qlobal təhsil reytinqlərində niyə aşağı yerlərdəyik? ETN nə düşünür?
 

QLOBAL TƏHSİL REYTİNQLƏRİNDƏ NİYƏ AŞAĞI YERLƏRDƏYİK? ETN NƏ DÜŞÜNÜR?

Dos. İlham Əhmədov

Qlobal təhsil reytinqləri çoxdur, amma heç birində bizə yer yoxdur. Qalib xalqa belə keyfiyyətsiz təhsil yaraşırmı? Təhsil millətin gələcəyidirsə, bu gələcəyə niyə bu qədər biganəyik?
Təhsil həm də milli təhlükəsizlik məsələsidir. Təhsildə nə vaxt Zəfər çalacağıq? Yoxsa təhsildəki bu gerilik alnımıza yazılıb? Gerilik hələ çoxmu davam edəcək? Təhsil olmasa heç nə ola bilməz, bu ki, sadə həqiqətdir, niyə anlamırıq?
Bu sahədə tezliklə fövqəladə addımlar atılmasa, onda təhsil haqqında keçmiş zamanda danışmalı olacağıq. Hələlik isə, ... təhsil sahəsində regionun ən geridə qalan ölkəsiyik.

PİSA-dan PİS XƏBƏR.
PISA - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının 2022-ci ildəki qiymətləndirməsinin nəticələri elan edilib. Bu monitorinq qiymətləndirmə ölkələrin təhsil sistemini müqayisə etmək üçün istifadə edilən nüfuzlu mexanizmlərdən biridir. Gözlənildiyi kimi, bu dəfə də, Azərbaycan təhsilinin nəticələri ürəkaçan olmadı (artıq bu ənənəyə adət etmişik, ona gör. "gözləndiyi kimi" yazıram). Əvvəlki illərlə müqayisədə hər üç istiqamətdə orta ballarda azalma var. Qeyd edək ki, Azərbaycanda qiymətləndirməyə qatılan şagirdlər bütün ölkədən deyil, yalnız Bakıdan seçilib. Bu monitorinq bütün ölkə ərazisindən aparılsaydı, nəticələr bir az da pis olacaqdı.
Azərbaycan 4 dəfə (2006, 2009, 2018 və 2022) bu qiymətləndirmədə iştirak edib.
PISA qiymətləndirməsi üç istiqamət – oxu bacarıqları, riyaziyyat və təbiət elmləri üzrə aparılır.

Ölkədə təhsil siyasətini formalaşdıran, onu icra edən qurum ETN-dir. Bu qurum ölkədə təhsil siyasətini formalaşdırmalı, reallaşdırmalı, monitorinq etməli, öz fəaliyyətini bu əsasda korreksiya etməlidir. Edə bilirmi? Yox! Özü də çoxdandır bunu bacarmır.
Təhsilin büdcəsi artdıqca, vəziyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşir.
ETN bu məsələlərə dair açıqlama verməlidir.
ETN ictimaiyyətə hər zaman açıq olmalı, keçirtdiyi mətbuat konfranslarında əvvəlcədən hazırlanmış suallarla yox, ağrılı məsələlərə dair fikir mübadiləsi aparmalıdır.
ETN hər belə reytinqləmədən sonra xalqa və dövlətə izahat verməlidirlər:
1. niyə təhsil sahəsində hər dəfə regionda hamıdan geridə oluruq?
2. bu biabrçılıq nə qədər davam edəcək, ETN bu xoşagəlməz vəziyyəti düzəltmək üçün nə planlayır?
3. ümumiyyətlə ETN-nin təhsildəki bu ağır durumu aradan qaldırmaq üçün hər hansı proqramı, yol xəritəsi varmı?
4. TN indi də ETN oldu. Təhsil problemlərinin heç birini həll edı bilməyən bir qurum, elm sektoruna nə verə bilər? Təhsilin inkişafının elmi təminatı nə vaxt yaranacaq bizdə?
5. Məktəbdə repetitorluğun kökünü kəsmək əvəzinə ona bəraət verən qurum, təhsilə real olaraq nə verə bilər? Yalnız 200 ball yığan məktəbli yetirə bilər.

0.093749046325684