Bu ölkə elektrik təyyarədən istifadə edəcək

Bu ölkə elektrik təyyarədən istifadə edəcək
 

Yeni Zelandiya Hava Yolları 2026-cı ildən etibarən yük daşımaları üçün akkumulyatorla işləyən təyyarəni öz donanmasına inteqrasiya edərək elektrik təyyarədən istifadə edən ilk hava yolu şirkəti olmağı hədəflədiyini açıqlayıb.

Xarici KİV xəbər verir ki, Yeni Zelandiyanın milli aviaşirkəti Amerikanın aerokosmik istehsalçısı “Beta Technologies” şirkətindən “Alia” elektrik təyyarəsi sifariş edib. 

Təyyarədən ilkin olaraq paketlərin və məktubların ölkə daxilində çatdırılmasında istifadə olunacaq.

Aviaşirkət hələlik elektrik təyyarə ilə mümkün sərnişin uçuşlarının tarixini müəyyənləşdirməyib. 

Batareya ilə işləyən “Alia”nın təxminən bir saat ərzində tam enerji yığa biləcəyi söylənilir.

Elektrikli avtomobillərdə olduğu kimi, təyyarənin qət edə biləcəyi məsafə çox vacibdir.

Aviaşirkətin məlumatına görə, uzunluğu təxminən 12 metr və çəkisi 3 ton olan bu model bir sınaq uçuşu ilə 480 kilometr məsafə qət edib.

Təyyarə saatda 270 km sürət yığa və 3 min metrə qədər yüksəklikdə uça bilir.

Uçuşa yararlılıq sertifikatından sonra təxminən 150 kilometr ilkin uçuşlar baş tutacaq.

Qeyd edək ki, may ayında Skandinaviya Hava Yolları 2028-ci ildə ilk kommersiya elektrik reyslərində sərnişin daşımaq niyyətində olduğunu açıqlayıb.

Günay

 

0.015208005905151