Professor İdris Abbasov yazır...

Professor İdris Abbasov yazır...
 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli mətbuata deyib: "Orfoqrafiya lüğətinin başına açılan oyunlar insanlarda inamsızlıq yaradıb".

Tamamilə doğrudur, Nadir müəllim! Amma bu düşmənçiliyi, dilə, dövlətə, millətə etibarsızlığı kim yaradır, kim icra və təbliğ edir? Məgər həmin məsuliyyətsiz və vicdansız alim-akademik adlı zatlar hələ də vəzifələrində qalıb belənçi zay işləri ilə dövlət büdcəsini sökmürlərmi?!
Dövlət atributu olan Ana dilimizin taleyinə biganə qalanlar, onu etibardan salanlar, uzun illərdən bəri formalaşmış orfoqrafiya düzəninə barmaq uzadanlar iş başında olduqca tərəqqiyə tamarzı qalacağıq.
Bəli, Nadir müəllim, düz buyurusunuz! Orfoqrafiya lüğətinin başına oyun açıb insanlarda inamsızlıq yaradan zatları siz də tanıyırsınız, biz də. Qalır, bu dil başkəsənlərinin məsuliyyətə cəlb olunmasını tələb etmək iradəsi. Bu iradəni isə dövlətə, millətə, səmimiyyətə bağlılıq şərtləndirir. Mən hazır!
PS. Orfoqrafiya lüğətimizdəki oturuşmuş sözlər 2000-ci ilə qədər necə idisə, elə də qalmalıdr. Zaman keçdikcə inkişafla əlaqədar lüğətə yeni sözlər (neologizmlər) daxil edilməlidir. Oturuşmuş ana sözlərin başını kəsmək cinayətdir. Yazı qaydaları ilə "oynamaq" millətin, və dövlətin taleyi ilə oynamaqdır. Bu müftəxor, harın "oyunçular" akademik, professor və s. olmalarına rəğmən, yerlərində oturdulmalıdırlar, onların saxta xidmətləri ifşa olunmalı, haram pul kisələri dağıdılmalıdır. Çünki bu oyun, dili etibardan salır və beləliklə, həm dilə, həm dövlətə, həm də millətə olan etibarı zədələyir.

"Paralel.az"

0.010435104370117