Türkiyədə baş verən silahlı insidentdə 9 nəfər yaralanıb

Türkiyədə baş verən silahlı insidentdə 9 nəfər yaralanıb
 

Türkiyənin Balıkəsir şəhərinin Dursunbəy rayonunda şənlik mərasimində baş verən silahlı insident zamanı bir neçə nəfər yaralanıb.

Bu barədə yerli mətbuata istinadən Paralel.az xəbər verir.

Məlumata görə, şübhəli şəxs M.Y.K. düşmənçilik etdiyi ailənin olduğu yerə doğru atəş açıb. Bundan sonra digər şübhəli E.K. da mərasim iştirakçılarına tüfəngdən atəş açıb.

Hadisə nəticəsində 9 nəfər yaralanıb. Yaralılar Dursunbəy Dövlət Xəstəxanasına aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinənlərdən biri saxlanılıb. Hazırda digər şübhə şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır

0.012818098068237