ABŞ rusiyalı biznesmeni tapana 7 milyon dollar verəcək

ABŞ rusiyalı biznesmeni tapana 7 milyon dollar verəcək
 

ABŞ hakimiyyəti rusiyalı iş adamı, Krasnoyarsk diyarının keçmiş qubernatoru Aleksandr Ussun oğlu Artyom Uss haqqında məlumat verən şəxsə 7 milyon dollara qədər mükafat verəcəķ.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

O bildirib ki, Dövlət Departamenti iş adamının saxlanmasına imkan verəcək məlumat üçün 7 milyon dollara qədər mükafat təklif edir.

Qeyd edək ki, A.Uss ABŞ-da sanksiyalardan yayınmaqda və çirkli pulların yuyulmasında ittiham olunur. ABŞ-da onu 20 ildən 30 ilə qədər həbs gözləyir. O, ötən il oktyabrın 17-də ABŞ-ın tələbi ilə İtaliyada saxlanılıb, daha sonra ev dustaqlığı müddətində ABŞ-a ekstradisiya ilə bağlı məhkəmə qərarını gözləyib.

Bu ilin martın 23-də Uss Milan yaxınlığında ev dustaqlığında olduğu yeri icazəsiz tərk edib.(Axar.az)

 

0.019381046295166