Keniyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı artıb
 

“El Ninyo” qasırğasının səbəb olduğu daşqınlar nəticəsində Keniyanın müxtəlif bölgələrində ölənlərin sayı 142-yə çatıb.

Bu barədə “MalindiKenya” regional nəşri məlumat yayıb.

Məlumata görə, son üç həftə ərzində yağan yağışlar və daşqınlar nəticəsində ən çox ölkənin şərq sahilyanı rayonları zərər çəkib, burada infrastruktur dağılıb.

Bir çox yolları su basıb, ağacların aşması nəticəsində elektrik xətləri qırılıb. Bundan əlavə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, 60 minə yaxın ailə evlərini itirərək qaçqın düşərgələrinə köçmək məcburiyyətində qalıb. Ümumilikdə 452 min insan daşqınlardan zərər çəkib.

Qeyd edək ki, bundan əvvəl noyabrın əvvəlindən daşqınlar nəticəsində 70 nəfərin öldüyü bildirilirdi.

 

0.015690803527832