İspaniyada bərabər təmsil olunma təşəbbüsü təsdiqləndi

İspaniyada bərabər təmsil olunma təşəbbüsü təsdiqləndi
 

İspaniya hökuməti siyasətdə və biznesdə kişi və qadınların bərabər təmsilçiliyinə zəmanət verəcək qanun layihəsini təsdiqləyib.

Paralel.az xəbər verir ki, bu barədə Krallığın Nazirlər Kabineti “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Hökumət paritet haqqında qanun layihəsini təsdiq edir. Məqsəd qadınların siyasi və iqtisadi həyatda qərar qəbuletmə sahələrində səmərəli təmsil olunmasına zəmanət verən balans prinsipini qorumaqla kişi və qadınlar arasında həqiqi bərabərliyi təşviq etməkdir”, - paylaşımda qeyd olunub.

Təşəbbüsə əsasən, 250-dən çox işçisi, 50 milyon avrodan çox dövriyyəsi və ya 43 milyon avrodan çox aktivi olan şirkətlərin direktorlar şuralarının heyəti paritet prinsipinə uyğun olmalıdır.

“Orada təmsil olunan qadınların sayı 40%-dən aşağı ola bilməz”, - ölkə hökuməti bildirib.

 

0.01339316368103