Netanyahu hərbi əməliyyatlar bitdikdən sonrakı məqsədindən danışdı

Netanyahu hərbi əməliyyatlar bitdikdən sonrakı məqsədindən danışdı
 

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağı İsrailin hərbi əməliyyatı başa çatdıqdan sonra demilitarizasiya edilməlidir.

O, bu haqda mətbuat konfransında danışıb.

Netanyahunun sözlərinə görə, bunu yalnız İsrail Müdafiə Qüvvələri təmin edə bilər və istənilən beynəlxalq iştirak qəbuledilməzdir.

“HƏMAS-dan sonra baş verəcəklər haqqında bir kəlmə də. Qəzza demilitarizasiya edilməlidir və bu demilitarizasiyanı yalnız bir qüvvə - İsrail Müdafiə Qüvvələri təmin edə bilər. Heç bir beynəlxalq qüvvə buna görə məsuliyyət daşıya bilməz”, - o qeyd edib.

 

0.024075984954834