Səfirimiz ABŞ-da korrupsiya ilə bağlı dəlillər təqdim etdi

Səfirimiz ABŞ-da korrupsiya ilə bağlı dəlillər təqdim etdi
 

Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşü zamanı qurumun işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi korrupsiyanın məhsulu olduğuna dair açıq dəlillər təqdim edib.

Bu barədə səfir X sosial şəbəkəsindəki hesabında bildirib.

“Dünən ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşüm zamanı onlara işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi korrupsiyanın məhsulu olduğuna dair açıq dəlillər təqdim etdim.

Bundan əlavə, onlara bu yaxınlarda yazdığım məktubda ABŞ-da dini tolerantlığın pisləşməsinə kömək etməyimizi təklif etdim”, - səfir vurğulayıb.

 

0.018347024917603