Türkiyəli məşhur müğənni "Atatürk" albomundan çıxarıldı

Türkiyəli məşhur müğənni "Atatürk" albomundan çıxarıldı
 

Prodüser Murat Yıldırım müğənni Melike Şahini uzun müddətdir üzərində çalışdığı və bir çox məşhur adın yer aldığı “Atatürkü anma albomu” layihəsindən çıxardığını açıqlayıb.

Ölkə.Az Türkiyə mediasına istinadla xəbər verir ki, buna səbəb müğənninin Müəllimlər Günü üçün təşkil edilən konsertdə səhnəyə çıxmaması olub.

3 saat konsert meydanında gözləyən yüzlərlə müəllim müğənniyə reaksiya verib.

Murat Yıldırım gələcəyə miras qalacaq bir işə imza atdıqlarını bildirib.

"Vasiyət" albomunda Atanın sevimli mahnılarını 9 dəyərli sənətçi oxuyur. Bir mahnı üçün Melike Şahinə də təklif etmişdik. Lakin biz onu layihəmizdən çıxardıq.

Müəllimlərə hörmətsizlik həm də Baş müəllim Mustafa Kamal Atatürkə hörmətsizlik etmək deməkdir”, - deyə o, əlavə edib.

Günay

0.029471158981323