Bakıda məşhur 20 saylı məktəb-liseydə 11 nəfər qızılcaya yoluxub

Bakıda məşhur 20 saylı məktəb-liseydə 11 nəfər qızılcaya yoluxub
 

A. Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin bir sinifində 10 şagird və bir nəfər müəllim qızılcaya yoluxması barədə yayılan xəbərlərə ıiseydən münasibət bildirilib.

Liseydən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar doğru deyil:

“Bir sinifdə 10 şagirdin qızılcaya yoluxması haqqında məlumat həqiqətə uyğun deyil. Ümumiyyətlə, məktəb üzrə indiyədək doqquz şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtlarda və ayrı-ayrı siniflər üzrə) qeydə alınıb.

Qeyd edək ki, son günlər ölkədə qızılcaya yoluxma halları artıb.

 

0.016391038894653