Yaxın günlərdə bu şəxslərin peyvəndlənməsinə başlanılacaq

Yaxın günlərdə bu şəxslərin peyvəndlənməsinə başlanılacaq
 

Azərbaycanda orta və böyük yaşlı əhalinin peyvəndlənməsi prosesinə yaxın günlərdə başlanılması nəzərdə tutulub.

Bunu açıqlamasında TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, peyvəndin 1-ci və 2-ci dozası arasında müddət 4 həftə olmalıdır.

N.Mustafayeva bildirib ki, bir dəfə peyvənd sxemini tamamlamış və ya qızılca xəstəliyinə yoluxub sağalmış şəxsin peyvənd olunmasına ehtiyac yoxdur.

TƏBİB rəsmisi vurğulayıb ki, əgər daha əvvəl hər hansı bir peyvəndə qarşı anafilaktik şok reaksiyası müşahidə edilibsə, həmin şəxslərə peyvənd vurulması əks-göstəriş hesab olunur: "Eyni zamanda hamiləlikdə və immunosupresiv şəxslərə peyvənd vurulması tövsiyə olunmur".

N.Mustafayeva bildirib ki, qızılcanın uşaqlarda ağır keçməsinin qarşısını almaq üçün peyvənd təqviminə uyğun olaraq onları öncədən peyvəndlənməsini təmin etmək lazımdır.

 

0.021059036254883