Ağdamlı olmaq şərəflidir, amma ağdərəlilər rayonun bərpasını istəyirdi - Aqil Abbas

Ağdamlı olmaq şərəflidir, amma ağdərəlilər rayonun bərpasını istəyirdi - Aqil Abbas
 

“Ağdamlı olmaq şərəflidir, amma ağdərəlilər ağdamlı olmaq yox, Ağdərə rayonun bərpa olunmasını istəyirdilər. Bununla bağlı mən parlamentdə ağdərəlilərin müraciətini səsləndirmişəm. Ağdərənin yenidən bərpa olunması çox doğru addımdır”.

Bunu deputat Aqil Abbas parlamentdə Ağdərə rayonunun yaranması ilə bağlı məsələ müzakirə olunarkən deyib.

Onun sözlərinə görə, Ağdərədə 15 min azərbaycanlı yaşayırdı. 

“Ağdərə 1992-ci ildə ləğv edilərkən 11 kəndi, daha doğrusu 5 min ağdərəli Ağdamın tabeçiliyinə verilmişdi. Onlar  dəfələrlə mənə müraciət edib Ağdərənin yenidən bərpa olunmasını istəyiblər. Onların müraciətini mən burada səsləndirmişəm”, - deputat qeyd edib.

O eyni zamanda deyib ki, Ağdərənin hansı səbəbdən ləğv olunduğunu indiyədək anlaya bilmir.

 

 

0.013787031173706