“Regional təhlükəsizlik məsələləri Bakı ilə Moskva arasında dialoqun mühüm elementidir”

“Regional təhlükəsizlik məsələləri Bakı ilə Moskva arasında dialoqun mühüm elementidir”
 

“Bakı ilə Moskva arasında dialoqun mühüm elementi regional təhlükəsizlik və postmünaqişə dövrü ilə bağlı normallaşma məsələləridir”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.

“Düşünürəm ki, bu gün bizim iqtisadi sahədə həm ikitərəfli, həm də regional əhəmiyyətli bir sıra layihələri nəzərdən keçirmək imkanımız olacaq. Humanitar məsələlərə gəlincə, onlar ənənəvi olaraq ölkələrimiz arasında dialoqda mühüm yer tutur və təbii ki, regional təhlükəsizlik və postmünaqişə dövrü ilə bağlı normallaşma məsələləri dialoqumuzda hər zaman mühüm elementdir. Biz həmçinin daha geniş regional formatı - “3+3” formatını müzakirə edəcəyik”, - Azərbaycan XİN başçısı vurğulayıb.

 

0.020581007003784