Atası ilə mübahisə etdi, çənəsini sındırdı, elektron qolbaq taxıldı

Atası ilə mübahisə etdi, çənəsini sındırdı, elektron qolbaq taxıldı
 

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Fərid Yusifovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, hadisə 4 mart 2023-cü il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, Fərid Yusifov atasının küçədə idarə etdiyi “QAZel” markalı avtomobildə gedərkən yolda tıxac yaranıb. Bu zaman zərərçəkmiş Mahir Rəfiyev (şərti) onun atasının üstünə qışqıraraq avtomobili niyə küçəyə sürdüyünə irad bildirib. Tərəflər arasında sözlü mübahisə yaranıb. Daha sonra Fərid maşından düşərək Mahirin çənəsinə yumruq zərbəsi endirib. Zərbənin təsirindən zərərçəkmiş müvazinətini itirib yerə yıxılıb, başı yerə dəyməsi nəticəsində qapalı kəllə beyin travması alıb.

Hadisədən sonra Fərid Yusifov cinayət məsuliyyətinə cəlb edilib.

 

0.023285865783691