Solmaz Əlizadə vəfat etdi

Solmaz Əlizadə vəfat etdi
 

Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əks-inqilab ilə mübarizə təşkilatının rəisi Nağı bəy Şeyxzamanlının gəlini, ABŞ-a köç edən ilk azərbaycanlı ailələrdən birinin övladı olan Solmaz Əlizadə vəfat edib.

S. Əlizadə Azərbaycanın tanıdılması, ABŞ-da yaşayan Azərbaycan icmasının birliyi, bötövlüyü və Qarabağ həqiqətlərinin ABŞ icmasına çatdırılması sahəsində əvəzolunmaz fəaliyyətlər göstərib.

O, 2022-ci ildə Prezident İlham Əliyevin təsis etdiyi "Diaspor fəaliyyətində xidmətlərə görə" medalı ilə təltif olunub.

Qeyd edək ki, S.Əlizadə ötən il "Report"un ABŞ bürosuna müsahibəsində ailəsinin Azərbaycandan İrana, oradan isə Türkiyəyə və ABŞ-a uzanan çətinliklərlə dolu həyat hekayəsindən bəhs edib, Şuşaya səfər öncəsi öz təəssüratlarını bölüşüb. Qarabağın azadlığa qovuşduğunu görmək Solmaz xanımın ən büyük arzusu idi.

S.Əlizadənin əziz xatirəsi bütün dünya azərbaycanlılarının qəlbində əbədi yaşayacaq.

Məlumat üçün bildirək ki, Nağı bəy Şeyxzamanlı 1919-cu ilin avqust ayında Azərbaycan Xalq Cümhuriyyətində Əks-inqilab ilə mübarizə təşkilatının rəisi təyin edilib. 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərib. Aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı yaşamağa məcbur olan N.Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-də yaşayıb.

 

0.013774156570435