Time” Putini “İlin adamı” namizədlərinin siyahısına daxil etdi

“Time” Putini “İlin adamı” namizədlərinin siyahısına daxil etdi
 

“Time” jurnalı Rusiya Prezidenti Vladimir Putini “İlin adamı” adına namizədlərin siyahısına daxil edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Time” Putinin 2023-cü ildə Vaqner üsyanı ilə üzləşdiyini, lakin sonda mövqeyini gücləndirdiyini bildirib.

Bundan başqa, jurnala görə “İlin adamı” adı uğrunda Çin Xalq Respublikasının rəhbəri Si Cinpin, Böyük Britaniya kralı III Çarlz, ABŞ-nin keçmiş prezidenti Donald Tramp və müğənni Taylor Svift mübarizə aparır.

Qeyd edək ki, bu nəşr 2007-ci ildə də Rusiya liderini “İlin adamı” adına layiq görüb.

 

0.01575493812561