ASALA yenidən bir gücə çevrilib - Avraham

ASALA yenidən bir gücə çevrilib - Avraham
 

HƏMAS-ın oktyabrın 7-də mülki israillilərə qarşı törətdiyi qətliamdan sonra erməni terror təşkilatı ASALA yenidən bir gücə çevrilib.

Bunu israilli tanınmış politoloq və jurnalist Reyçel Avraham ABŞ-ın “The Jewish Press”də dərc olunmuş məqaləsində bildirib.

1970-1980-ci illərdə Türkiyə diplomatlarını hədəfə alan bu təşkilatın fələstinlilərlə uzunmüddətli əməkdaşlıq tarixinə malik olduğuna diqqət çəkən müəllif 1972-ci ildə Münhen Olimpiadasında israilli idmançıları qətlə yetirən terrorçuların lideri Əbu İyadın 1975-ci ildə ASALA-nın qurulmasına kömək etdiyini vurğulayıb.

Azərbaycanda tarixən antisemitizmin mövcud olmadığı və yəhudilərin təhlükəsiz şəraitdə yaşadıqları vurğulanan məqalədə qeyd olunub ki, Bakıdakı İsrail səfirliyinə hücum cəhdinin qarşısını alan Azərbaycan təhlükəsizlik qüvvələri İsrail vətəndaşlarına və ya diplomatlarına hər hansı zərərin vurulmasına icazə verməyəcəkləri barədə bəyanat yayıb.

Müəllif digər ölkələri də Azərbaycandan nümunə götürməyə, terrora və nifrətə qarşı sərt mövqe nümayiş etdirməyə çağırıb.

 

0.015288829803467