İsrail “Sepah”ın müşavirlərini zərərsizləşdirdi

İsrail “Sepah”ın müşavirlərini zərərsizləşdirdi
 

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İran Silahlı Qüvvələrinin elit bölmələri) İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın paytaxtı Dəməşqə raket hücumu zamanı Suriyada olan iki müşavirinin öldürüldüyü bildirib.

"Paralel.az" xəbər verir ki, bu barədə İİKK-nın İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

“İslam İnqilabı Keşikçiləri Korpusunun iki hərbi müşaviri Suriyada İsrailin son bombardmanı nəticəsində öldürülüb”, – mətndə diqqətə çatdırılıb.

Xatırladaq ki, səhər saatlarında İsrailin Hərbi Hava Qüvvələri Dəməşqin ətrafına raket zərbəsi endirib.

 

0.016601085662842