Razinin keçmiş sevgilisi ilk dəfə danışdı: "Daha susmayacağam"

Razinin keçmiş sevgilisi ilk dəfə danışdı:
 

2017-ci ildə Azərbaycan gözəli seçilən Razi Əliyeva ilə onun sabiq sevgilisi Ziya Hüseynzadə arasında məhkəmə prosesi davam edir. Bir neçə ay bundan əvvəl R. Əliyeva sosial şəbəkələrdə etdiyi paylaşımlarda iş adamı Ziya Hüseynzadənin ona qarşı zor tətbiq etməkdə günahlandıraraq hüquq mühafizə orqanlarına müraciət etmişdi.

Qarşı tərəf  Ziya Hüseynzadə ilk dəfə olaraq baş verənlərə münasibət bildirib.

Metbuat.az-a açıqlamasında Z. Hüseynzadə deyib ki, onun haqqında olan şikayətlər şər-böhtandan ibarətdir.

Ziya Hüseynzadənin açıqlamasını təqdim edirik:

Əksinə olaraq həmin dövrdə məhz – şikayətçı Əliyeva Raziyyat (Sentyabr - Dekabr 2022) rəfiqələri ilə çoxsaylı restoranlarda istirahət etdiyini və mənim uzun müddət ərzində ailəmlə xaricdə səfərlərdə olduğunu təsdiq edən sübutlar Bakı Şəhər Baş Polis İdarəsinə və Bakı Şəhər Prokurorluğuna tərəfimdən təqdim olunub və cinayət iş materiallarına əlavə olunmuşdur. Niyə məntiqli cəhətdən şikayət etməkdənsə məndən şəhərdə və restoranlarda gəzərkən, həmçinin bahalı hədiyyələr üçün pul vəsaitləri məndən alırdı? 2022-ci ildə işgəncə altında və ev dustağında yaşadığını iddia edən şikayətci mənim ailəmin, valideynlərimin yaşayış binasının bloku garşısında gecədən səhərədək məni və ailə üzvlərimi izləmiş və iş ofisimin qarşısında saatlarla məni izləmişdir. “Güya ev dustağı olan” - Əliyeva Raziyyat bu izləmələri necə yerinə yetirə bilərdi?

Şikayətçi şər-böhtanının mənimlə üzləşmədə ifşa olunacağını dərk edərək, mənim dəfələrlə tələb etdiyim üzləşmələrdən, əsaslı səbəb olmadan, yayınmış və istintaqa heç mobil telefonunu baxış üçün verməmişdir, buna səbəb şər-böhtanların üstünün açılacağı idi. Digər ittihamlar (AR CM-nin 182 Hədə-qorxu ilə əmlaktələb etmə və 134 Olüm Hədə maddələri) mənim telefonumun Raziyyat tərəfindən faktiki bloklandığı səbəbindən, güya vatsapp zənglə olmuş uydurma hədələr əsasında verilib (bloklanmış mobil telefonundan zəng etmək qeyri mümkündür), bunu təkzib edən yazışmalar Bakı Şəhər Baş Polis İdarəsinə və Bakı Şəhər Prokurorluğuna təqdim olunub və cinayət iş materiallarına əlavə olunub, ittihamı isə təsdiq edə biləcək hər hansı sübut cinayət işi materiallarında mövcud deyil!

Mənə qarşı məqsədli təşkil olunmuş qarayaxma kampaniyaslndan fərgli olaraq mənim heç bir (şəxsi alçaldacaq) və şəxsiyyətinə toxunacaq məlumatı paylaşmaq niyyətim yoxdur. Elə məqamlar var ki, bizim mentalitetə uyğun gəlmir və həm də öz abırıma sığdırmadığından onları paylaşmaq istəmirdim, lakim görəndə ki mən susduqca mənə qarşı əsassız böhtanlar və ittihamlar arta-arta gedir. Bu gündən mənə qarşı edilmiş və ya ediləcək böhtan və şər xarakterli məlumatlar tərəfimdən davamlı olaraq yayımlanacaqdır.

Hazırda istintaqı yekunlaşmış cinayət işinin mənim vəsatətim əsasında yenilənmiş və mötəbər sübut olmadan, mobil telefonlara baxış keçirilmədən, yalnız qərəzli ifadə əsasında verilşmiş ittihamların ləğv olunmasına, habelə ədalətli, adekvat və müvafiq tədbirlərin Bakı Şəhər Prokurorloğu və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən həyata keçiriləcəyinə umid edirəm.

 

0.010576963424683