Braziliya OPEK-ə qoşulacaq

Braziliya OPEK-ə qoşulacaq
 

Braziliya 2024-cü ildən neft hasilatını məhdudlaşdıran OPEC+ sazişinə qoşulacaq.

Bu barədə “İnterfaks” alyansın nümayəndə heyətlərindən birindəki mənbəyə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, hazırda Braziliya gündə 3,7 milyon barel neft hasil edir. Eyni zamanda, iyulda ölkədə neft hasilatı rekord həddə - 3,51 milyon barelə çatıb. Beləliklə, Braziliya ümumi OPEC+ kvotasını təxminən 4 milyon barel artıracaq.

Bundan əvvəl məlum olub ki, OPEC+ alyansına üzv olan ölkələr neft hasilatının azaldılması ilə bağlı razılığa gəliblər.

 

0.071393966674805