Türkiyədə rus model qızı ilə birlikdə öldürülüb - DETALLAR

Türkiyədə rus model qızı ilə birlikdə öldürülüb - DETALLAR
 

Türkiyənin Bodrum şəhərində iki rus qadının cəsədi tapılıb.

Həlak olanlar 42 yaşlı rus model İrina Dvizova və onun 15 yaşlı qızı Dayanadır.

İstintaqın ilkin gəldiyi ehtimala görə, onlar kirayədə qaldıqları villada odlu silahdan atəş açaraq öldürülüblər. Öldürüldükdən sonra cinayətkar meyitləri mələfələrə bükərək maşınla şəhərdən kənara çıxarıblar. 

Cəsədlər Tavşanburnu buxtasına gedən yolun kənarında tapılıb. Qurbanların cəsədlərində güllə yaraları olub.

Rusiyalı qadının qətlində keçmiş əri şübhəli bilinir.

Dvizovanın qonşusu Angelina REN kanalına açıqlamasında isə atəş səsləri eşitdiyini bildirib.

Onun fin əri ikiqat qətldə şübhəli bilinir və barəsində axtarış verilib. 

Dvizovanın oğlu David isə hesab edir ki, anasını ögey atası Litva və Fransa vətəndaşı Andrey K. öldürüb. 

Ögey atanın qisas məqsədilə cinayət törətdiyi ehtimal olunur. 

David deyib ki, İrina keçmiş ərinə 5 yaşlı oğlu Makarla görüşməyə imkan verməyib. İrinanın keçmiş əri ukraynalı oliqarxın cangüdəni kimi çalışıb. “O, heyvanın biridir. O məni dəsmal ilə döydü ki, iz qalmasın. Boğurdu. O, əvvəllər Fransa legionunda xidmət edib”, - David bildirib. 

Mərhumun oğlu iddia edir ki, Andrey villaya gəlib İrinanı və qızını güllələyib, cəsədlərini bağlayıb, sonra isə xəndəyə atıb. 

 

0.012541770935059