Bayden: “HƏMAS bütün girovları azad edənə qədər dayanmayacağıq”

Bayden: “HƏMAS bütün girovları azad edənə qədər dayanmayacağıq”
 

Birləşmiş Ştatlar HƏMAS-ın əlindəki bütün girovları azad etmək üçün səylərini davam etdirəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

“HƏMAS terrorçuları tərəfindən saxlanılan bütün girovlar azad edilənə qədər biz dayanmayacağıq”, - o, əmin edib.

Bayden izah edib ki, o, İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının nəticə verməsi səylərində şəxsən iştirak edir. Bununla bağlı o vurğulayıb ki, artıq 50-dən çox insan HƏMAS-ın girovluğundan azad edilib.

İsrail keçən həftə girovların azad edilməsi müqabilində HƏMAS ilə Qəzza zolağında müvəqqəti atəşkəs haqqında saziş imzalayıb. İlk mübadilə noyabrın 24-də baş tutub. HƏMAS 24 nəfəri - İsrailin 13 vətəndaşını və 11 əcnəbini azad edib.

0.026215076446533