Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin növbəti görüşünün keçiriləcəyi ölkə AÇIQLANDI

Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin növbəti görüşünün keçiriləcəyi ölkə AÇIQLANDI
 

Gürcüstan Müdafiə Nazirliyi Cuanşer Burçuladzenin Bakıda azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla ikitərəfli görüşünə dair məlumat yayıb.

APA-nın xəbərinə görə, nazirliyin məlumatında bildirilib ki, tərəflər regionun qarşısında duran vəzifələri müzakirə ediblər.

Vurğulanıb ki, Cuanşer Burçuladze ölkəsinin “Dinc Qonşuluq Təşəbbüsü” çərçivəsində Azərbaycan və Ermənistan arasında dialoqa və etimadın möhkəmləndirilməsinə kömək etməyə hazır olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan hərbçilərinin Gürcüstanda keçirilməsi planlaşdırılan beynəlxalq təlim və kurslarda fəal iştirakı qeyd edilib.

Əlavə olunub ki, görüş zamanı ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlığın, həmçinin ölkələrin və regionun inkişafına töhfə verəcək strateji səviyyəli görüşlərin mövcud dinamikasının saxlanılmasının vacibliyi qeyd olunub.
Bununla yanaşı, Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli formatda növbəti görüşünün gələn il Gürcüstanda keçiriləcəyi də məlum olub.

Qeyd olunub ki, müdafiə nazirlərinin daha əvvəlki - IX üçtərəfli görüşü 2022-ci ilin 21 dekabrında Türkiyənin Kayseri şəhərində keçirilib.

Bugünkü Bakı görüşü müdafiə nazirlərinin bu formatda 10-cu görüşüdür.

 

0.014468193054199