Məşhur restoran məhkəməyə verildi: keçmiş sahibi iş qaldırdı

Məşhur restoran məhkəməyə verildi: keçmiş sahibi iş qaldırdı
 

“Ajda Baku” MMC məhkəməyə verilib.

Paralel.az-ın məlumatına görə, Mikail Keskin “Ajda Baku” MMC və onun qanuni təmsilçisi Məmmədov Rizvan Əli oğlu ilə bağlı məhkəməyə müraciət edib.

Məhkəmə işinin mahiyyəti sair işlər – korporativ mübahisələrdir.

İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.

“Ajda Baku” MMC 30.10.2018 tarixində dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 150 manatdır.

Qeyd edək ki, M. Keskin daha əvvəl “Ajda Baku” MMC-nin qanuni təmsilçisi olub.

Könül
Ölkə.Az

 

 

0.016726970672607