Savadsızlıq radikallığın güclənməsinə
gətirib çıxaran amillərdəndir

Savadsızlıq radikallığın güclənməsinəgətirib çıxaran amillərdəndir
 

Multikulturalizm və tolerantlıq prinsiplərinin təşviqi və inkişafı müasir dünyamızın movcudluğu üçün qaçılmaz şərtlərdən biridir

 Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində dövlətimizin başçısı, prezident İlham Əliyevin, eləcə də ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Onlarla birgə, ölkəmizdə milli-etinik və dini problemlərin həllində bir çox dövlət qurumları, qeyri-hökumət təşkilatları (QHT) da yaxından iştirak edirlər.

Belə dövlət qurumlarından biri də, Dini Qurumlarla İş üzrə Dövlət komitəsidir (DQİDK). Komitə təkcə bu ilin aprel ayında istər paytaxt Bakıda, istərsə də ölkəmizin digər bölgələrində "Mənəvi dəyərlərin təbliği: reallaqlar, perspektivlər", "Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər", Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili", "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri-dini radikalizm", "Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər" mövzularında seminar müşavirələri və treninqlər keçirib. Müzakirə olunan mövzulardan da göründüyü kimi, burada əsas məqsəd milli-etnik və dini münasibətlərin tənzimlənməsi, ölkəmizdə mövcud olan torerant və multikultural mühitin qorunması və bununla da ölkəmizdə baş qaldıra biləcək hər hansı bir radikalizm və fanatizm kimi halların aradan qaldırılması, ən əsası dövlətimizin təhlükəsizliyinin qorunmasıdır. Bu da məlumdur ki, sadə insanların milli-etnik və dini heysiyyatı, azadlıq və sülh şəraitində yaşamaq kimi təbii hüquqları dünyanın müxtəlif güc mərkəzlərinin nəzarətində olan media qurumlarının əsas hədəfinə çevrilib. Bu səbəbdən də, millətlərarası dialoq, dini tolerantlıq, multikulturalizm məsələləri heç zaman bugünkü qədər əhəmiyyət kəsb etməyib. Bildiyiniz kimi, medianın cəmiyyətdə təsir gücü çox böyükdür. Çünki media bütün cəmiyyətlərin aynası kimi qəbul olunur və bu aynada təsvir olunanlar, əslində cəmiyyətin özündə baş verənləri əks etdirir. Buna görə də medianın bəzən cəmiyyətdəki ziddiyyətləri kəskinləşdirməsinə, münaqişələri qızışdırmasına baxmayaraq, onun mövcud problemlərinin həlli üçün töhfə vermək potensialı da az deyil, sadəcə olaraq ondan düzgün istəfadə etmək və lazımi məcraya yönəltmək lazımdır.

O da məlumdur ki, bunun əksinə çalışan, mediadan cəmiyyəti parçalamaq, azlıqlara qarşı nifrət oyatmaq və kütləvi zorakılıqları birbaşa təşviq etmək üçün çalışan bir çox qüvvələr var. Bu qüvvələr islam fundamentalizmini əllərində bayraq edərək, dunyada baş verən butun radikal proseslərdə islam dinini ittiham edən, islama qarşı bir fobiya yaratmaq üçün əllərində olan media vasitələrindən çox fərasətlə istifadə edirlər.

Bu da təəccüb doğurur ki, bu gün bəzi müsəlman ruhaniləri arasında da, tez-tez fəlsəfi dünyagörüşü səpkisində yazılan fundamentalizmə (təməlçiliyə) müsbət münasibət bəslənməsi meyilləri nəzərə çarpır.  Buna görə də, biz müsəlman dünyasındakı konkret tarixi şəraitdən asılı olaraq, müxtəlif səbəblərdən irəli gələn radikallığı da nəzərə almalıyıq. Çünki, bəzi amillər əksər müsəlman dövlətləri üçün ümumidir. Radikallıq isə hər şeydən əvvəl müsəlman dünyasının bəzi Qərb dövlətlərinin təsiri nəticəsində düşdüyü və bu gün də davam edən, yalnız formasını bir qədər dəyişən böhranala, daha doğrusu, bu gün baş verən miqrasiya sayəsində Qərbdə miqrantlar göstərilən munasibətdən doğan reaksiyasıdır. Bununla yanaşı bəzi miqrantların "sürətli müasirləşdirilmə" şəraitində həllini tapa bilməyən sosial problemlər də, radikallığın yayılmasında xüsusi rol oynayır. Dünyanın ən varlı ölkələri hesab olunun müsəlman dünyasında yoxsullar və yardıma ehtiyacı olanlar da həmişə olub, lakin qapalı cəmiyyət şəraitində onların yoxsulluğu çatışmamazlıq kimi deyil, ictimai həyatın norması kimi qəbul olunub. Ancaq, açıq cəmiyyət şəraitində isə bu insanlar öz hüquqlarının tapdalandığını daha yaxşı başa düşməyə başlayıblar və bu da, şəxsi dünyagörüşünün artması nəticəsində öz doğal hüquqlarını anlayaraq mövcud vəziyyəti dəyişmək istəyinə çevrilib.

Bu da məlum həqiqətdir ki, əhalinin kütləvi savadsızlığı da (elə din məsələlərində də) radikallığın güclənməsinə gətirib çıxaran əsas amillərdən biridir. Dünya Bankının bir müddət əvvəl yaydığı məlumata görə, Əlcəzairdə 1990-cı illərdə (islamçıların daha populyar olduqları bir dövrdə) yetkin əhalinin 42,6%-i savadsız olub. Yetkin qadınlar arasında isə savadsızlıq dərəcəsi  54,5% -ə çatıb.

Radikalizmin yaranma səbəbləri arasında müxtəlif qüvvələrin islamı səfərbəredici bir ideologiyaya çevirmək cəhdlərini də xüsusi qeyd etmək lazımdır. Çünki bəzi Qərb dövlətləri bu faktordan "idarə olunan konfliktlər"in yaradılmasında məharətlə istifadə edirlər. Məsələn, 1991-ci il may seçkilərinin nəticələrinin ləğv edilməsinə gətirib çıxaran Əlcəzair böhranı kəskinləşənə qədər İranın dini liderləri öz inqilablarını bu ölkəyə ixrac etmək üçün ciddi hazırlıq işləri görüblər. Bəzi məlumatlara görə, 1990-cı ilin fevralında Tehran Əlcəzairə inqilabi qvardiyanın təxminən 100-ə yaxın nümayəndəsini və ərəbdilli tələbələri göndərib. Bununla yanaşı, Tehran özlərinin silahlı qanadının mövcudluğu ilə öyünən və bilavasitə Qumdakı dini mərkəzlə bağlı olan fundamentalistlərin seçkiqabağı kompaniyada iştiraklarına görə 3 mln. dollar ayırıb. Bu da o deməkdir ki, bütün radikal qüvvələr bu və ya digər mərkəzlərdən idarə olunurlar. Bu problemlərin aradan qaldırılmasının və islam fundamentalizminin təşviqinin qarşısının alınmasının isə ancaq bir yolu var-multikulturalizm və tolerantlıq. Multikulturalizm və tolerantlıq prinsiplərinin təşviqi və inkişafı müasir dünyamızın movcudluğu üçün qaçılmaz şərtlərdən biridir. Çünki müxtəlifliyin və təhlükələrin artdığı müasir dünyamızda sosial bağlılığı möhkəmləndirmək və münaqişələrin qarşısını almaq üçün etnik, dini, dil və milli sərhədlər ətrafında danışıqlara, dözümlülüyə və qarşılıqlı anlaşmaya çox böyük ehtiyac var. Bu baxımdan mədəni müxtəliflik əsasında formalaşan cəmiyyətin idarə edilməsi üçün vacib amillərdən biri də, demokratik prinsiplər əsasında inkişaf edən dünyəvi idarəetmə sisteminin qorunması və inkişaf etdirilməsidir.

Qloballaşan dünyamızda fərqlilik yaradan amilləri-dini, dili, cinsi, sosial mənsubiyyəti, mədəniyyəti və s. qruplaşdırdıqda belə bir nəticəyə gəlmək olur ki, sosial qruplar arasında mövcud olan müxtəlifliyə münasibət də fərqlidir. Buna görə də, din amili hər zaman əsas meyar kimi qəbul olunur. Dini müxtəliflik multikultural cəmiyyətdə etnik və sosial-iqtisadi müxtəlifliklə üst-üstə düşürsə, əsas fərq din hesab edilir.

Son nəticə isə müasir cəmiyyətlərdə fundamental hüquq və azadlıqlarla yanaşı, əsas dəyər və maraqların qorunması etnik müxtəlifliyin mövcud olduğu cəmiyyətlərdə gəlmələrin naturallaşması (assimilyasiya siyasətinin aparılması) prosesində azlıqların buradakı sosial dəyərləri mənimsəməsinə gətirib çıxarır. Bu da öz növbəsində azlıqlar dediyimiz sosial qrupun üzvlərinin vətəndaşlıq əldə etməkdən başqa qayələrinin olmadığını ortaya qoyur. Buradan belə nəticəyə gəlmək olur ki, dini pluralizm siyasi pluralizmi təşviq etməklə yanaşı, sosial dözümlülüyün də əsasını yaratmağa çalışır. Tarixə nəzər saldıqda görürük ki, səlib yürüşlərindən başlayaraq, yaxın Şərqdə baş verən hadisələrə qədər olan zaman kəsiyində din amilindən nifaq, terror, insanlığa qarşı cinayətləri təşviq etmək üçün "məharətlə" istifadə edilib. Lakin, yaddan çıxarmaq olmaz ki, bütün səmavi dinlərdə qeyd edilən mənfi təzahürlər pislənililir və yolverilməz olduğu açıq şəkildə qeyd olunur. Buna görə də,  dünyada dini tolerantlığın təşviq edilməsi üçün istər demokratik ölkələr, istərsə də qlobal və regional təşkilatlar tərəfindən hələ çox işlər həyata keçirilməlidir.

Onu da diqqətinizə çatdıraq ki, Avropa özü də bir siyasi fenomen olaraq, eləcə də onun strukturları vahid və yekcins deyillər. Çünki siyasi spektrin müxtəlif qanadlarını təmsil edən qruplar bütün məsələlərə öz ideoloji baxış bucağından nəzər salırlar. Buna görə də Avropa strukturları ilə görüşlərdə bu amil mütləq nəzərə alınmalıdır. Çünki Avropa strukturları ilə görüşlər zamanı həm Avropa İttifaqının xarici siyasət xidmətində çalışan yüksək səviyyəli bürokratlarla, həm də Avropa Parlamentinin seçilmiş üzvləri ilə görüşlərdə bu məsələlər müzakirə olunmalıdır. Parlamentarilərlə görüş xüsusilə böyük əhəmiyyət kəs edir. Aİ-də qərarların qəbul olunmasında Avropa Parlamentinin müstəsna rolu var. Onu da nəzərə almaq lazımdır ki, Avropa Xalq Partiyası Avropa Parlamentindəki ən böyük siyasi qrupdur.

Bu səbəbdən də, həmin qrupun Azərbaycana münasibətini tənzimləmək, ölkəmizin bu strukturda mövqeyinin möhkəmlənməsinə yardım edə bilər. Digər tərəfdən, Azərbaycanla bağlı istənilən məsələ Avropa üçün həmişə maraq doğurub. Bunun da kökündə, ölkəmizdə tarixən mövcud olan xalqların birgəyaşayışı istiqamətindəki uğurlu strategiyası durur. Bu strategiya hal-hazırda Azərbaycan hökuməti və Azərbaycan cəmiyyəti tərəfindən davam etdirilir.

 

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.67647695541382