2016-cı ilin dördgünlük müharibəsində kim və nəyə görə cəzalandırılıb? - Nikol Paşinyan

2016-cı ilin dördgünlük müharibəsində kim və nəyə görə cəzalandırılıb? - Nikol Paşinyan
 

“Müşahidə edirəm ki, Rusiyanın 44 günlük müharibə ilə Ermənistan hakimiyyətini müəyyən hərəkətlərinə görə cəzalandırdığına dair tezislər çox geniş şəkildə yayılır. Mən Rusiyanı bu kontekstdə müzakirə obyektinə çevirmək istəməzdim, amma gəlin bu tezisi ciddi müzakirə edək”.

"Paralel.az" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Bu tezisin mənası odur ki, bizim tərəfdaşlarımız üçün arzuolunmaz olan inqilab baş verdi. Ermənistanın yeni hakimiyyəti qərbyönlü baxışların daşıyıcıları olduğundan cəza olaraq müharibə baş verdi. Belə olan halda 2016-cı ilin dördgünlük müharibəsində kim və nəyə görə cəzalandırılıb?

Bəs o zaman niyə 2013-cü il hadisələri baş verdi, Ermənistan uzun müddət danışıqlar apardı, sonra bir gecədə Gömrük İttifaqına üzv oldu? Rusiya hansı addımlara görə 2011-ci ildə Azərbaycana silah satışı ilə bağlı milyardlarla dollarlıq müqavilə imzalayıb? 2013-2014-cü illərdə baş verən hadisələrə münasibət necə oldu? Qarabağ problemi ilə bağlı deyiləsi çox şey var. 2018-ci ilin aprelində Serj Sarqsyanın bəyanatı nə idi? Bu, müharibə anonsu idi?”, - Paşinyan qeyd edib.

Onun sözlərinə görə, inqilab baş verib, ona görə də Ermənistanın hələ də suveren dövlət olmaq şansı var.

“Əgər inqilab olmasaydı, bu şans sıfıra bərabər olardı. 2013-cü ildə baş verən hadisələr buna sübutdur”, - o qeyd edib.

Paşinyan əlavə edib ki, Qarabağın süqutu prosesi 2018-ci ilin avqustunda baş verib.

 

 

0.01682186126709