İsrail ordusu HƏMAS donanmasının rəhbərini məhv edib
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Xan-Yunis şəhərində HƏMAS-ın dəniz qüvvələrinin komandiri Amar Əbu Cəlaləni məhv edib.
Bu barədə İsrail Müdafiə Ordusunun teleqram kanalında məlumat verilib.
Hərbi dəniz qüvvələrinin rəhbəri ilə yanaşı, HƏMAS-ın daha bir zabiti öldürülsə də, onun şəxsiyyəti açıqlanmayıb.
İsrail ordusu Fələstinin HƏMAS hərəkatının hava qüvvələrinin rəhbəri Asem Əbu Rakabanı məhv etmişdi.