Adil Kərimli Əməkdar artisti direktor təyin etdi - FOTO

Adil Kərimli Əməkdar artisti direktor təyin etdi - FOTO
 

Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub.

"Paralel.az" xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Əməkdar artist, opera müğənnisi, dirijor Ramil Adıgözəl oğlu Qasımov Gəncə Dövlət Filarmoniyasının direktoru təyin olunub. 

Ramil Qasımov 10 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bakalavr, Gürcüstan Musiqi Akademiyasında vokal ixtisası üzrə magistr təhsili alıb. O, həmçinin Prezident yanında Dövlət İdarəçilik Akademiyasından siyasi idarəetmə ixtisası üzrə məzun olub. 

Peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında aparıcı solisti kimi başlayıb. 2004-cü ildən Azərbaycan Teleradiosunun C.Cahangirov adına Xor kollektivində solist olaraq fəaliyyət göstərib. 
R.Qasımov 2015-ci ildən Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının direktoru olub. 2020–2022-ci illərdə isə Heydər Əliyev Sarayının direktoru vəzifəsində çalışıb.

 

0.016762971878052