Bu adam Professor, doktor Fırat Ortaçdır...
Bu adam Professor, doktor Fırat Ortaçdır, ginekoloji uzmanıdır. Bu günkü “qadın sağlamlığı və radiologiyası” konfransında hamı yaxşı çıxış etdi, ancaq bu adamın çıxışı ekstra bir level idi. Türkiyədən bura bir neçə min km məsafə qət edərək təqribən 1 saata yaxın çıxış etdi, 100-ə qədər slayd göstərdi, adam yorulmaq bilmədi, bir çox sualları cavablandırdı, mən onu tanımırdım, ilk dəfə idi görürdüm. Adam əsl alimdir, danışığından, davranışından hiss edirsən ki, adam insanlığa yardım etmək üçün alışıb yanır, nə qədər həyat qurtarıb, əsl cənnətlik adamdır. Professor olmasına rəğmən nə qədər mütəvazi bir adam. Eşq olsun deyirəm. Nə qədər etkiləndimsə, şəkil çəkdirib paylaşmağa vicdanım məcbur etdi məni. Adam dedi ki: bir xəstəlikdən ki, insanı xilas etmək mümkündür, o xəstəlikdən insan ölməməlidir! Uzun illər tibb sahəsində olan bir şəxs kimi bu gün mənimçün bir daha təsdiqlədi ki, insanları xəstəlikdən xilas etmək üçün hər il məcburi yoxlamalısan, əhali hər il məcburi yoxlamadan keçirilməlidir. Onkologiyanın qızıl qaydası həmişə aktualdır, xərçəng xəstəliyi və xərçəngönü xəstəlik nə qədər tez-erkən aşkar edilərsə, xəstənin yaşama və uzun ömürlü olması o qədər təminatlıdır!
Dr. Aydın Əliyev
"Paralel.az"