Doktor Aydın Əliyev yazır...
Hörmətli Səməd müəllim! Azərbaycanda 0,9 azn (90 qəpik) bonus alan həkim də var, onu niyə demirsiz?
Deyirsiz ki, 24 500 azn qazanan ümumi cərrah var. Zəhmət olmasa açıqlayın, o cərrah ayda neçə əməliyyat edib? O əməliyyatları hansı keyfiyyətdə edib? Sizdən o pulu almaq üçün cərrah gecə-gündüz durmadan əməliyyat etməlidir, bu isə insanın fiziki imkanları xaricindədir. 3-5 normal qazanan həkimləri hallandırıb, həkimləri insanların gözündən salmaq, həkimlərə qarşı olan aqressiyanı daha da artırmaq istəyirsiz?
Bir həkim o yerə gəlmək üçün ömrünün ən gözəl illərini qurban verib, gözünün nurunu verib. Bu açıqlama həkimləri hədəfə gətirməkdir, o həkimlərin özlərini və ailə üzvlərini təhlükəyə atmaqdır. Niyə demirsiz ki, Azərbaycanda milyonlarla rüşvət alan məmurlar var, mən hər gün şəhərdə 300 000-500 000 azn dəyərində olan, piyada keçidində az qala insanların üstünə çıxan çoxlu sayda məmur avtomobilləri və zibilliklərdən çörək yığan insanlar görürəm.
"Paralel.az"