CAR İsraillə diplomatik əlaqələri dayandırıb

CAR İsraillə diplomatik əlaqələri dayandırıb
 

Cənubi Afrika Parlamenti İsraillə diplomatik əlaqələrin dayandırılmasını dəstəkləyib.

Bu barədə "ENCA" telekanalı məlumat yayıb.

Diplomatik münasibətlərin kəsilməsi və İsrail səfirliyinin bağlanması təklifinə 248 deputat səs verib.

Parlament bildirib ki, İsrail atəşkəslə razılaşana və BMT-nin vasitəçiliyi ilə aparılan danışıqlarda iştirak edənə qədər tədbirlər qüvvədə qalacaq.

 

0.021203994750977