Bakıda məşhur hotel kompleksi satışa çıxarıldı

Bakıda məşhur hotel kompleksi satışa çıxarıldı
 

Bakıda yerləşən məşhur hotel satışa çıxarılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu, Bakıxanov qəsəbəsində yerləşən "Manor" İstirahət Kompleksidir.

Belə ki, kompleks nə az, nə çox - düz 7 milyon manata satışa çıxarılıb.

30 sot torpaq ərazisində inşa olunan kompleksin tikili sahəsi 4000 kvadrat metrdir.

Qeyd edək ki, kompleksin 2016-c ildə təqdimatı olub və mərasimdə ölkənin məşhur müğənilləri iştirak ediblər. Həmin vaxt müəssisənin sahibi Ələddin Dünyamalıyev çıxış edərək kompleksin digərlərindən fərqli xüsusiyyətləri barədə danışıb.

 

0.015066862106323