Məşhur reperin malikanəsi qarət olundu

Məşhur reperin malikanəsi qarət olundu
 

"Russ" ləqəbi amerikalı məşhur reper Rassel Ceymsin Corciyadakı malikanəsi qarət olunub.

"Paralel.az" xarici mətbuata istinadən xəbər verir ki, naməlum şəxslər sənətçiyə məxsus 5 odlu silah, 9 və 15 min dollar dəyərində iki "Chanel" çanta və onun sevgilisinin "Mercedez-Benz C-Class AMG" avtomobilini oğurlayıblar.

Hadisə zamanı ifaçı evdə olmayıb. 

Polisə təqdim olunan müşahidə kameralarının görüntülərində axşam saatlarında iki əlcəkli şəxsin həyatdən evə daxil olduqları üzə çıxıb.

Cinayətkarların şəxsiyyəti hələlik müəyyən edilməyib.

 

0.016564846038818