Ermənistanda müharibə hazırlığı başladı – Ordumuz ilk bu hədəfləri məhv edəcək
Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Ermənistanın yenidən silahlanmaya ciddi vəsaitlər ayırması onun sülh müqaviləsinin imzalanmasına hazırlaşmadığını göstərir:
“Hindistan və Fransadan müdafiə silahları aldığını elan edən rəsmi İrəvana eyni zamanda hücum xarakterli silahların da çatdırıldığının şahidiyik. Bu bir daha onu göstərir ki, Ermənistan regionda sülhün əldə edilməsində maraqlı deyil. O, yaxın perspektivdə hücum silahları arsenalını gücləndirmək və bununla da Azərbaycana qarşı təxribatlara, toqquşmalara münbit şərait yaratmaq niyyətindədir”.
Ədalət Verdiyev
Hərbi ekspertin fikrincə, alınan silahların miqyası rəsmi İrəvana Vətən müharibəsində itirdiyi silah və texnikaların yerini doldurmağa, eyni zamanda Azərbaycanla güc balansında müsbət dəyişikliyə imkan vermir:
“30 illik işğal tarixi olan ölkənin yenidən silahlandırılması həm Fransa, həm də Hindistanın Qafqazda sülhə, sabitliyə zərbə vurmaq, mümkün sülh danışıqlarını sıfırlamaq məqsədini göstərir. Rəsmi İrəvanın bu fəaliyyəti istənilən halda Azərbaycan tərəfindən adekvat cavab tədbirləri ilə qarşılanacaq. Heç şübhəsiz, Ermənistanın silah-sursatı, digər ölkələrdən alınan hərbi texnikaları ordumuzun şəxsi heyətinin həyat və sağlamlığına təhdid yaradacağı məsafəyə yaxınlaşdıqda onlar qətiyyətlə məhv ediləcək”.
Safura Bənnayeva