Emin Mahmudov: "Belçika ilə oyunda yaxşı nəticə qazanmaq istəyirik"

Emin Mahmudov:
 

"Çox yaxşı komandaya qarşı mübarizə aparacaq. Yaxşı nəticə qazanmaq istəyirik"

"Paralel.az" "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Belçikaya qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında deyib.

31 yaşlı yarımmüdafiəçi bütün oyunçuların görüşə hazır olduğunu bildirib: "Ümid edirəm ki, yaxşı nəticə də qazanacağıq".

Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.

 

0.091588020324707