AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib - VİDEO

AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib - VİDEO
 

Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

"Paralel.az" xəbər verir ki, Bakıda İsveçi qəbul edən millimiz qarşılaşmadan 3:0 qalib ayrılıb.

Qarşılaşmadakı qollardan 2-ni 3-cü və 89-cu dəqiqədə kapitan Emin Mahmudov və 6-cı dəqiqədə Renat Dadaşov vurub.

E.Mahmudovun oyun zamanı mərkəzdən vurduğu qol ən çox danışılanlardan birinə çevrilib.

Sözügedən qolun görüntüsünü UEFA AVRO 2024-ün rəsmi səhifəsi də "Emin Mahmudovdan salam var" şərhi ilə paylaşıb.

Səhifədə E.Mahmudovdan sonra isə əfsanəvi futbolçu Ronaldonun vurduğu qolun görüntüsü paylaşılıb.

Həmin görüntüləri təqdim edirik:

 

 

0.11361980438232