Bakıda İtaliya səfirliyinin yeni Viza Mərkəzi açıldı 

Bakıda İtaliya səfirliyinin yeni Viza Mərkəzi açıldı 
 

Bakıda İtaliyanın Azərbaycandakı səfirliyinin yeni Viza Mərkəzinin açılışı olub.

"Paralel.az" xəbər verir ki, tədbirin açılışında İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri çıxış edib.

“İtaliyanın Azərbaycandakı səfiri kimi xidmətə başlayandan viza məsələləri ilə bağlı göstərilən xidmətlərin keyfiyyətini artırmaq üçün qarşıma yeni Viza Mərkəzinin açılması vəzifəsini qoymuşdum. İtaliya azərbaycanlı turistlərin ən çox səfər etmək istədiyi ölkələrdən biri olduğundan bu mərkəzin açılması vacibdir”, - səfir qeyd edib.

Diplomat vurğulayıb ki, mərkəz təkcə İtaliyaya deyil, Maltaya da səfər etmək üçün vizaların alınmasına kömək edəcək.

 

0.018872976303101