Livanda yeni ənənə: Evlənənlər Azərbaycan şəhidliyini ziyarət edir 

Livanda yeni ənənə: Evlənənlər Azərbaycan şəhidliyini ziyarət edir 
 

44 günlük Vətən müharibəsindən sonra Livanda yaşayan türkmanlar arasında yeni ənənə formalaşıb.

"Paralel.az" xəbər verir ki, Akkar bölgəsindəki türkmanların sıx cəmləşdiyi Kavaşra qəsəbəsində yaşayan gənclər toy mərasimi zamanı bölgədəki Azərbaycan Şəhidləri Memorialını ziyarət etməyə başlayıb.

Zamanla bu, ənənə halını alıb. 

Qeyd edək ki, sözügedən abidə ötən il Zəfər bayramı ərəfəsində Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılıb. 

Abdidənin açılış mərasimində Livan parlamentinin deputatları da iştirak etmişdilər.

 

 

0.030758142471313