Bu uşaqlara görə ailələrə 200-600 manat müavinət təyin edilib

Bu uşaqlara görə ailələrə 200-600 manat müavinət təyin edilib
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov övladlığa götürülən uşaqlar üçün dövlət tərəfindən verilən müavinətdən danışıb.

İqtisadiyyat.az-ın məlumatına görə, o, 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaqlar üçün müavinət təyin edildiyini xatırladıb.

"Vəsait yalnız uşağın övladlığa götürülməsi haqqında 2021-ci il yanvarın 1-dən sonra məhkəmənin qətnaməsi təqdim edildikdə verilir. Övladlığa götürülən 3–18 yaş arası uşağa görə dövlət tərəfindən 200 manat, sağlamlıq imkanları məhdud 0–18 yaş arası uşağa görə isə 600 manat məbləğində müavinət müəyyən edilib", - V.Behbudov söyləyib.

 

0.035149097442627