"Biz təhlükəsizlik sahəsində əlaqələrimizi şaxələndiririk"

 

“Çox aydın şəkildə deyim ki, biz təhlükəsizlik sahəsində əlaqələrimizi şaxələndiririk, çünki tərəfdaşlarımız obyektiv səbəblərdən bizə silah və sursat sata bilmirlər. Biz başqa təhlükəsizlik tərəfdaşları axtarırıq və tapırıq, müqavilələr bağlamağa, silah və hərbi texnika əldə etməyə çalışırıq”.

"Paralel.az" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan müttəfiqi Rusiyadan deyil, başqa ölkələrdən silah almasına aydınlıq gətirərkən deyib.

"Strateji baxımdan İrəvan KTMT-dən çıxmaq qərarına gəlməyincə siyasətdə dəyişiklik elan etməyəcək. Özümüzə və KTMT-yə gələcək planlar haqqında düşünmək üçün vaxt verməli və müəyyən  qərarlar qəbul etməliyik”.

 

 

0.014677047729492