"O videodan sonra "Sumqayıt"a qalib gəlməliydik"

 

"Klubun oyundan əvvəl sosial şəbəkədə paylaşdığı məlum videodan xəbərim var. Ondan sonra motivasiya götürüb "Sumqayıt"a qalib gəlməliydik. Amma təəssüflər olsun ki, alınmadı".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Reziuan Mirzov "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XIII turunun matçı barədə mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi belə videoların çox maraqlı olduğunu bildirib: "Rusiyada və dünyada bundan istifadə edilər. Lakin mən meydanda qələbə qazandıqdan sonra danışmağın tərəfdarıyam".

 

0.017405033111572