“Əl-Nəsr” Ronaldu ilə Çempionlar Liqasında oynaya bilər

“Əl-Nəsr” Ronaldu ilə Çempionlar Liqasında oynaya bilər
 

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun Avropa Çempionlar Liqasında iştirak imkanlarına baxacaq.

"Paralel.az"ın məlumatına görə, bu barədə jurnalist Əli Əl-Hərbi sosial şəbəkələrdə məlumat verib.

Onun məlumatına görə, UEFA rəhbərliyi portuqaliyalı hücumçu Kriştianu Ronaldunun çıxış etdiyi komandanın populyarlığı yüksək olduğuna görə Səudiyyə klubunu dəvət etməkdə maraqlıdır.

Çempionlar Liqasının formatı 2024-cü ildən dəyişdiriləcək. Komandaların sayı 24-dən 36-ya yüksələcək, qrup mərhələsi vahid liqa ilə əvəz olunacaq, hər bir klub on müxtəlif komanda ilə ən azı 10, 5-i öz meydanında, 5-i isə başqasının meydanında keçirəcək.

 

0.025802850723267