Sizdən daha sanballı çıxış gözləyirdim

Sizdən daha sanballı çıxış gözləyirdim
 

Deputat Razi Nurullayev və Tahir Kərimlinin çıxıçı Milli Məclis  sədrinin  etirazına səbəb olub.

Razi Nurullayev çıxışı zamanı  bildirib ki, rəhbərliyi pis vəziyyətdə qoymamaq üçün ayrı-ayrı məmurları ünvanına ciddi tənqidlər edə bilmir.

Deputatın bu fikrinə reaksiya verib. Sahibə Qafarova  bildirib: "Razi müəllim rəhbərlik deyəndə bizi nəzərdə tutursunuzsa, yanlış düşünürsünüz. İstəsəniz də bizi pis vəziyyətdə qoya bilməzsiniz. Amma məni dediklərinizə cavab verməyə məcbur edirsiniz. Ümumiyyətlə Siz çıxışınızın stilistikasına, tonuna fikir vermisinizmi? Nazirlikləri, dövlət qurumlarını tənqid formasına fikir verin. Sanki qoçuluqdu. Danışanda bir fikirləşin”, - spiker  qeyd edib.

Spiker Tahir Kərimlinin çıxışına da replika ilə cavab verərək deyib ki, deputatlar heç zaman seçicidən qaçmayıb və daima seçicilərlə təmasdadır: “Heç kim, heç kimdən qaçmır. Mən Siz partiya sədrlərindən büdcə ilə bağlı daha sanballı çıxış gözləyirdim, amma bunları eşitmədim”.

Mürtəza

 

0.015594005584717