Tutduğu BAYRAQ bəlli, öldüyü TORPAQ bəlli

Tutduğu BAYRAQ bəlli, öldüyü TORPAQ bəlli
 

Natiq Qasımov -gerçək Milli Qəhrəman!

Azərbaycanın Milli Qəhrəmanı adı hələ kağızda gerçəkləşməyən Milli Qəhrəman Natiq Qasımovun igidliyi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin filmdən bildiyimizlə oxşardır. Mehdi Hüseynzadə də faşizmə qarşı vuruşub, Natiq Qasımov da. “Uzaq sahillərdə” filmində Mixaylo dinc sakinlərə görə , doğma yurddakı Natiq bəy Xocalı girovlarının ölümlərinin qarşısını almaq üçün “təslim olur”. M. Hüseynzadə haqqında da “satqın” şayiələri yayılıb, N.Qasımov haqqında da. Sovet DTK-sı ( Dövlət Təhlükəsizlik Komitəsi) igid partizan Mehdi  Hüseynzadənin 1944-cü ildəki ölümündən 13 il sonra onun qəhrəmanlığını müəyyən edib və elə həmin 1957-ci ildə o,  Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Deyilənə görə, mərhum prezident Heydər Əliyev Mehdi Hüseynzadənin təmiz adını aşkarlamaqda önəmli iş görüb. Natiq Qasımovun qəhrəmanlığını elə Azərbaycan Bayrağı ilə Xocalı girovlarına “təslim olduğu” ildə xarici jurnalistlərin foto-kameraları üzə çıxarır. Di gəl, 31 ildir layiq olduğu Milli Qəhrəman adı rəsmiləşdirilmir. Mehdi ölümlə “salamlaşanda” 26 yaşında , Natiq 21 yaşında olub.

Adı rəsmiləşdirildi, rəsmiləşdirilmədi, Natiq Qasımov gerçək Milli Qəhrəman kimi tanınır. Niyə də tanınmasın ? Əlində, başı üstündə tutduğu BAYRAQ bəlli, uğrunda öldüyü TORPAQ bəlli. Ölümü ilə  ölümdən qurtardığı GİROV XOCALI(LAR) bəlli.  Kim deyə bilər, Natiqin igidliyi tanınmır. O bir igid, gerçək Milli Qəhrəman!

Məğrur Bədəlsoy

0.015838861465454