Azərbaycanda məşhur əcnəbi futbolçu məhkəmə qarşısına çıxarılır

Azərbaycanda məşhur əcnəbi futbolçu məhkəmə qarşısına çıxarılır
 

"Sabah" futbol klubunda oynayan ispaniyalı müdafiəçi Con İrasabalın Azərbaycanda çıxışına məhdudiyyət qoyula bilər.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edilib.

Belə ki, Dövlət Vergi Xidməti futbolçunun vergi borcuna görə məhkəməyə ərizə ilə müraciət edərək onun Azərbaycandan çıxışına "stop" qoyulmasını xahiş edib.

Belə ki, futbolçunun hazırda 5130.04 manat vergi borcu yığılıb.

Məhkəmə işinə hakim Leyla Əliyevanın sədrliyi ilə baxılacaq.

Məhkəmə ərizəni təmin etsə, futbolçunun Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, ispaniyalı müdafiəçi Con İrasabal 2022-ci ildən "Sabah"da oynayır. 25 yaşlı futbolçu ilə bağlanmış müqavilənin müddəti 1+2 ildir.

İrasabal karyerası ərzində İspaniyanın “Vitoria” (2017-2018), “Mirandes” (2018-2020), “Lexona” (2019-2020) və “Amorebieta” (2020-2022) klublarında çıxış edib.

Con “Sabah”da 19 nömrəli formada çıxış edir.

 

0.0257728099823